1 aprel 2015 14:00

Məmmədovun Neftçidəki vəzifəsi dəyişdirildi

"Neftçi" rəsmi saytı vasitəsilə klubun Müşahidə Şurasının yaradılmasına dair məlumat yayıb. Azerisport.az sizi həmin məlumatla tanış edir.

"SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə “Neftçi” PFK-nın Müşahidə Şurasının yaradılması ilə bağlı iclas keçirilib. İclasda Rövnəq Abdullayev çıxış edərək nəinki "Neftçi"də, Azərbaycan futbolunda dəyişikliyin vaxtının gəldiyini deyib:

“Keçən il qərara alınmışdı ki, klublarda Müşahidə Şurası yaradılsın. Müəyyən problemlər oldu. Bilirsiniz ki, "Neftçi" Futbol Klubu ayrı qurum idi. "Neftçi" İdman Klubu var ki, 36 idman növündə 5 minə yaxın idmançı çıxış edir. "Azərneftyağ" neft emalı zavodu bağlandıqdan sonra qərara gəldik ki, futbol klubunu idman klubunun tərkibinə verək. Futbolun inkişafı üçün yeni struktur düşündük. "Neftçi" Futbol Klubunda artıq Müşahidə Şurası yaradıldı. Bu Müşahidə Şurasına 7 üzv təklif edirik. Düşündük ki, şurada tanınmış simalar yer alsın”.

Daha sonra yeni yaradılmış Müşahidə Şurası haqqında ictimaiyyətə geniş məlumat verilib. “Neftçi” PFK-nın “Neftçi” İdman Klubunun tərkibinə verilməsi ilə əlaqədar olaraq bir sıra struktur dəyişiklikləri həyata keçib. AFFA-nın İcraiyyə Komitəsinin qərarına və SOCAR rəhbərliyinin göstərişinə əsasən klubun idarəçilik sistemini müasir tələblər səviyyəsində qurmaq üçün aktiv fəaliyyət göstərəcək Müşahidə Şurasına aşağıdakı şəxslər seçilib:

1. Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı
2. Sadıq Sadıqov - “Neftçi” İdman Klubu İctimai Birliyi İdarəetmə Aparatının rəhbəri
3. Mübariz Zeynalov – veteran futbolçu
4. Səməd Qurbanov – veteran futbolçu
5. Cəbrayıl Cəbrayılov – SOCAR-ın vitse-prezidentinin müavini
6. Zaur Qəhrəmanov - SOCAR-ın Sərmayələr idarəsinin rəis müavini
7. Bəhram Bağırzadə - rejissor, aktyor

Müşahidə Şurasının 31 mart 2015-ci il tarixində keçirilən ilk yığıncağında Çingiz Abdullayev yekdilliklə “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri seçilib. Ayda ən azı bir dəfə toplaşmağı nəzərdə tutulan Müşahidə Şurasının qərarına əsasən klubun idarəetmə sistemini həyata keçirmək üçün icraçı direktor vəzifəsi təsis edilib və klubda vitse-prezident işləyən Elnur Məmmədov bu vəzifəyə təyin olunub. Müşahidə Şurasının tapşırığına əsasən icraçı direktor klubun yeni strukturunu bir ay müddətinə hazırlamalı və təsdiq üçün təqdim etməlidir.

Bundan əlavə, ilkin olaraq klubun Məhdud Məsuliyyətli Cəmiyyətdən Açıq Səhmdar Cəmiyyətinə keçidi və səhmlərin buraxılaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.