1 aprel 2015 13:45
Fariz Nəcəfov: AFFA-dan bizə Müşahidə Şurasını yaratmaqla bağlı təklif olmayıb
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov bu klubda Müşahidə Şurasının yaradılması perspektivindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mümkündür ki, bu, AFFA tərəfindən məsləhət olunacaq. Amma bizə hələ belə bir təklif göndərilməyib. Belə bir dəyişiklik klubun sahibi və prezidenti tərəfindən həyata keçirilə bilər. Amma bizə hələ heç kim belə bir göstəriş verməyib. Azərbaycan reallığında bunu həyata keçirmək çox çətindir. Amma hamımız buna getməliyik. İlk addımı da "Neftçi" atdı".
