Kazbek Tuayev: Bu insanlar Neftçiyə xalq komandası imicini geri qaytara bilər
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev "Neftçi"nin Müşahidə Şurasının yaradılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klubların Müşahidə Şurasının yaradılması ideyası mənim xoşuma gəlir. Belə təcrübədən beynəlxalq arenada geniş istifadə olunur. Yaxşı ideyadır. "Neftçi"nin Müşahidə Şurasına Mübariz Zeynalov, Səməd Qurbanov, Bəhram Bağırzadə kimi şəxslərin daxil edilməsini də bəyəndim. Bəhram idman adamıdır, o, futbolu sevir və propaqanda aparmağın yollarını bilir. Məhz bu insanların sayəsində "Neftçi" yenidən xalq komandası imicini geri qaytara biləcək. Onlara uğurlar arzulayıram. Şuranın sədri təyin olunan Çingiz Abdullayev də görkəmli insandır və futbolu sevir. O, öz avtoriteti ilə kluba kömək edə bilər".
