1 aprel 2015 12:45

Eddi İsrafilov: Reala qalib gəlməyə çalışacağıq

Azərbaycan yığmasının və İspaniyanın "Qranada" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov La Liqanın 29-cu turu çərçivəsində "Real"a qarşı keçirəcəkləri oyun öncəsi yerli mətbuata açıqlama verib. Azerisport.az xəbər verir ki, o, öncə Bakıya səfəri barədə danışıb:

"Bütövlükdə, hər şey çox xoş oldu. Ölkəmdə məni gözəl qarşıladılar. İnsanlar mənə qarşı çox yaxşı davranırdılar. Bu, çox yaxşı bir təcrübə oldu".

İsrafilovun sözlərinə görə, ona yığmadan əvvəllər də dəvət gəlməsinə rəğmən, klubunun çempionatdakı vəziyyəti yaxşı olmadığına gedə bilmirmiş: "Ötən dəfə, mən hələ Sequnda liqada çıxış edərkən yığmaya dəvət etmişdilər. Amma mən klubumu tərk edib, ora gedə bilmədim. Həm də oyunun vaxtı FİFA-nın rəsmi siyahısı ilə üst-üstə düşmürdü. Komandamın turnir cədvəlindəki mövqeyi də mənim getməyimə imkan vermirdi".

Eddi "Qranada"nın son oyunlarında meydana çıxmamasının səbəbini belə izah edib: "Futbolda belə hallar olur. Mən sadəcə, öz üzərimdə daha çox çalışmalıyam, məşq etməliyəm ki, baş məşqçi mənə ehtiyac hiss etsin. İstənilən vaxt meydana çıxmağa hazıram".

İsrafilov "Real"la oyun öncəsi düşüncələrini də bölüşüb: "Növbəti həftə bizim "Selta" və "Almeriya" ilə iki oyunumuz var. Bu komandaların bizimlə eyni səviyyədə olduğunu demək olar. Amma "Real" "Real"dır. Əlbəttə, biz qələbə qazanmağa çalışacağıq. Amma biz daha çox "Selta" və "Almeriya" ilə oyunlarda qalib gəlməliyik".

(El Mundo Deportivo)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.