31 mart 2015 18:00

Elnur Abdullayev: Simurq avrokuboklara vəsiqə qazana bilər

"Simurq"un yarımmüdafiəçisi Elnur Abdullayevin azerisport.az saytına müsahibəsi

- Son dövrlər "Simurq"la bağlı müxtəlif informasiyalar dolaşır, guya klubun gələcəyi sual altındadır. Siz bu barədə nə bilirsiniz?
- Hazırda Zaqataladayıq, qarşıdakı oyuna hazırlaşırıq. Düzünü deyim ki, mən bu barədə heç nə bilmirəm. Elə bir şey olsaydı, bizə nəsə deyərdilər. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

- Belə xəbərlər düz olsa da, olmasa da, komandaya yəqin ki, təsirsiz ötüşmür...
- Əlbəttə, təsiri ola bilər. Amma biz hamımız peşəkarlarıq və məşqlərimizi davam etdiririk. Yenə də deyirəm ki, elə bir şey olsaydı, bizə xəbər edərdilər.

- "Simurq" hazırda beşinci pillədə qərarlaşıb və dördüncü yerdə qərarlaşan "Qəbələ"dən iki xal geri qalır...
- Onlar bizi qabaqlasa da, öz aramızda oyunumuz qalır. Ona görə də qarşıdakı turlarda hər şey ola bilər. Bizim avrokuboklara vəsiqə qazanmaq şansımız qalır. Hər şey öz əlimizdədir.

- Qarşıda sizi AZAL-la oyun gözləyir. Onlar da sizdən bir xal geri qalırlar...
- Bizi çox çətin oyun gözləyir. Ona görə ki, bu komanda çox uğurlu mövsüm keçirir. Bu görüşdə 3 xalı qazanmaq bizim üçün çox vacibdir. AZAL-la oyuna ciddi hazırlaşmışıq.

- Bakılılara qarşı necə oynayacağınızı bilirsiniz?
- Ancaq onu bilirəm ki, bu komanda sonadək oynamağı bacarır.

- İki cəbhədə də mübarizəni davam etdirirsiniz. Bəs hansı sizin üçün prioritet sayıla bilər?
- Hər iki turnir. Çünki Avropa Liqasına həm kubok, həm də çempionatdan vəsiqə qazanmaq şansımız qalmaqdadır.

- Kubokun yarımfinalında "Qarabağ"la qarşılaşacaqsınız. Rəqibin kimliyini nəzərə alsaq, finala çıxmağınız nə dərəcədə realdır?
- "Qarabağ" hazırda çox baxımlı futbol sərgiləyir. Amma kubok oyunları iki matçdan ibarət olur. Hər şeyə həmin oyunlarda aydınlıq gələcək. Finala çıxmaq üçün bütün gücümüzü sərf edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.