31 mart 2015 15:15
"SOCAR Petroleumun Neftçala ilə bağları qırılmayıb"
Azərbaycan birinci divizionunda çıxış edən "Neftçala" klubu "SOCAR Petroleum"un bu komanda ilə bağlarını qırması barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, yayılan məlumatda bunlar qeyd olunub:
"SOCAR Petroleum"un "Neftçala" ilə bağları qırılmayıb. SOCAR-ın törəmə şirkəti əyalət klubunu himayəsində saxlamaqda davam edir və futbolla vidalaşmaq fikrindən uzaqdır. Yanacaqdoldurma məntəqələrini özündə birləşdirən "SOCAR Petroleum" I Divizionun liderini Premyer Liqaya vəsiqə qazanarsa, orda da maliyyələşdirəcək".
