31 mart 2015 14:45

AFFA AZAL-a texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif yaş qrupları üzrə komandalar arasında keçirilən ölkə çempionatlarının oyunlarında qeydə alınan qayda pozuntularına aşağıdakı şəkildə hüquqi qiymət verilib:

Martın 18-də U-19 Liqasının “Neftçi” – AZAL matçının 40-cı dəqiqəsində AZAL-ın futbolçusu Cavid Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Martın 18-də U-19 Liqasının “Simurq” – “Sumqayıt” matçının 63-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Tural Fatdayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 89-cu dəqiqəsində “Simurq”un futbolçusu Cavidan Ömərli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Martın 18-də U-19 Liqasının “Əlincə” – “Xəzər Lənkəran” matçının 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Eduard Rəfiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Martın 25-də U-19 Liqasının “İnter” – “Neftçi” matçının 83-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Sərxan Əhmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Martın 29-da U-19 Liqasının “Əlincə” – AZAL matçında qonaq komanda iştirak etmədiyinə görə AZAL-a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Martın 29-da U-19 Liqasının “Neftçi” – “Bakı” matçının 9-cu dəqiqəsində “Bakı”nın futbolçusu Ülvi Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Martın 29-da U-19 Liqasının “Simurq” – “İnter” matçının 68-ci dəqiqəsində “Simurq”un futbolçusu Abdulla Seyidəhmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Martın 23-də U-17 Liqasının “Kəpəz” – “Neftçi” matçının 45-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Həsən Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Martın 26-da U-16 Liqasının “Şirvan” – AZAL matçında qonaq komanda iştirak etmədiyinə görə AZAL-a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Martın 28-də U-13 Liqasının “Neftçi İK İB” – “İnter” matçının 38-ci dəqiqəsində “Neftçi İK İB” klubunun futbolçusu Murad Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Martın 28-də U-12 Liqasının “Bakı” – AZAL matçının 38-ci dəqiqəsində “Bakı”nın futbolçusu Vüsal Əliyev və AZAL-ın futbolçusu Rəhim Mustafayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.