31 mart 2015 14:00

Prosineçki: Tez-tez məğlub olan komandanı psixoloji cəhətdən qalib ruhunda formalaşdırmaq çox çətindir

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirilmiş ilk rəsmi oyunundan danışıb, eləcə də həmyerlilərinə qarşı baş tutacaq görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

"Malta ilə oyundan razı qaldım. Bizim birinci hissədəki oyunumuza baxın. Hər şey çox yaxşı alınıb. Ardıcıl dörd məğlubiyyətdən sonra komandanın özünü toparlaması çox çətin idi. Bu qələbə isə bizim üçün çox əhəmiyyətli oldu. Xüsusilə də futbolçuların özlərinə inamı geri qaytarması baxımından. Uşaqlar düzgün yoldadırlar. Biz ağıllı çıxış etdik və taktiki cəhətdən də hər şeyi düzgün həyata keçirdik".

"İkinci hissədə rəqibin fəallaşmasına səbəb komandamın qələbəni əldən verəcəyinə dair qorxuya düşməsi idi. Amma bu, normaldır. Düzünü demək lazımdır ki, Maltanı qiymətləndirməmək böyük yanlışlıq olar. Onların elə Xorvatiyaya necə çətinliklər yaratdığını xatırlayın. Çox yaxşı müdafiə olunurlar. Bizimlə oyunda nigeriyalı Alfred Effionq futbolçular üçün çox çətinlik yaratdı".

Xorvatiyalı mütəxəssis millimizin debütantları barədə də danışıb: "Bəzi futbolçular əvvəllər yığmada oynamamışdı. Amma bu dəfə onlara şans verdim. Mən bu tempdə də davam edəcəyimizə ümid edirəm. Norveçlə növbəti oyunumuza da yaxşı hazırlaşmalıyıq. Əminəm ki, yenə hər kəsi təəccübləndirə bilərik. Amma tez-tez uduzan komandanı psixoloji cəhətdən qalib ruhunda saxlamaq çox çətindir".

Yığmamızın baş məşqçisi həmyerlilərinin Norveç üzərində qazandığı 5:1 hesablı qələbəyə də şərh verib: "Etiraf etməliyəm ki, bu hesabın qeydə alınmasına bir qədər təəccübləndim. Ola bilsin ki, bu hesab komandaların səviyyəsini obyektiv şəkildə əks etdirmir. Baxmayaraq ki, Xorvatiya yığması meydanda ən yaxşı idi və layiqli qələbə qazandı. Bu komanda daha böyük uğurlar qazanmağa qadirdir".

Prosineçki xorvatlarla Bakıda baş tutacaq qarşılaşmadan da danışıb: "Əlbəttə, Xorvatiya həmin matçın favoriti olacaq. Bu, aydın məsələdir. Amma biz rəqibin işini çətinə salmaq üçün əlimizdən gələni edəcəyik və buna indidən əminəm. Xorvatiya yığmasına Bakıda asan olmayacaq".

(Vecernji list)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.