31 mart 2015 13:30

Qəbələ Sampdoriya və Parma ilə qarşılaşacaq

“Qəbələ”nin 17 yaşlılardan ibarət komandası İtaliyaya səfərə hazırlaşır. Azerisport.az xəbər verir ki, baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv İtaliyanın “A.S.D. Borgaro 1965” klubunun təşkilatçılığı ilə Turin şəhərində keçiriləcək “Mario Maggoni – Walter - Richi” turnirində iştirak etmək üçün Appenin yarımadasına yollanacaq.

1998-ci il təvəllüdlü futbolçular arasında təşkil olunan turnir 4 gün (3-6 aprel) davam edəcək. Qalib adı uğrunda 12 komanda 3 qrupda mübarizəyə başlayacaq.
“Qəbələ” və İsveçin “Höteborq” klublarının təmsilçilərindən başqa digər iştirakçılar İtaliyanı təmsil edir. “A” qrupunda yer alan “Qəbələ” ilk mərhələdə meydan sahibi “A.S.D. Borgaro 1965”, “Sampdoriya” və “Parma” komandaları ilə qarşılaşacaq.

“B” qrupunda “Yuventus” (Turin), “Hellas” (Verona), “Genuya” və “Cuneo”, “C” qrupunda isə “Atalanta”, “Höteborq” (İsveç), “Torino” (Turin) və “Rappresentativa Regionale Piomonte” kollektivləri mübarizə aparacaq.

“Qırmızı-qaralar” ilk oyununu aprelin 3-də, Bakı vaxtilə 13:45-də “Sampdoriya”ya qarşı keçirəcəklər. Komandamız növbəti gün “Parma” ilə qarşılaşacaq. Ramin Quliyevin yetirmələri qrup mərhələsinin son oyununda meydan sahibi - “A.S.D. Borgaro 1965” komandasını sınağa çəkəcəklər.

Əsasnaməyə görə, “A” qrupunun qalibi “C” qrupunun ən güclüsü, “B” qrupunda birinci olan komanda isə ən yaxşı nəticə göstərmiş qrup ikincisi ilə üz-üzə gələcək. Daha sonra 3-cü yer uğrunda görüş və final matçları baş tutacaq.

Qeyd edək ki, “Mario Maggoni – Walter - Richi” turniri sanballı tarixə malikdir. Sayca 36-cı olacaq turnirdə indiyədək dünyanın və Avropanın ən tanınmış klublarının təmsilçiləri iştirak ediblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.