31 mart 2015 11:15

Fəhmin Muradbəyli: Xalsız qayıtmaq istəmirik

Azərbaycanın U-19 yığma komandasının üzvü Fəhmin Muradbəylinin azerisport.az saytına müsahibəsi

- Elit mərhələnin ilk iki oyununda Fransa və İngiltərəyə niyə uduzdunuz?
- Çox çətin qrupda yer almışıq. Fransa və İngiltərə kimi güclü rəqiblərlə bir qrupda oynamalı olduq. Amma biz rəqiblərimizdən qorxmurduq, öz gücümüzə inanırdıq. Nəyə qadir olduğumuzu bilirdik. Bütün gücümüzü meydanda qoyduq. Mənə elə gəlir ki, komanda oyunu sərgiləməyi bacardıq. Baxmayaraq ki, əsas diqqəti əks-hücumlara yönəltmişdik. Belə rəqiblərə qarşı başqa taktika ilə oynamaq olmazdı.

- Demək olar ki, bu oyunlarda səviyyə fərqi sözünü dedi?
- Bizim Fransa ilə oyunda yüz faizlik qol vəziyyətimiz olsa da, yararlana bilmədik. Əvəzində öz qapımızda iki top gördük. Onların "Yuventus", "Çelsi", "Mançester Siti" kimi klublarda çıxış edən futbolçuları var. Həm də biz onlara qarşı əsl kişi kimi mübarizə apardıq. İngiltərəyə də qalib gələ bilərdik. Amma həmin oyunda da yaxşı şanslar olmasına rəğmən, yararlanmadıq. Bu üzdən xal qazana bilməmişik.

- Ümidləri doğrultmadığınızı indidən demək olar?
- Bizi nəyə ümid edəcəyimizi bilirdik. Amma çox təəssüf ki, siz oyunlarımızı görməmisiniz. Siz uşaqların necə mübarizə apardığını görərdiniz. Son saniyələrə qədər mübarizə aparmışıq.

- Son turda Danimarka üzərində qələbə qazanmaq şansınız var?
- Biz xalsız qayıtmaq istəmirik. Danimarkalılara qalib gəlmək istəyirik. Əminəm ki, biz buna nail olacaq gücdəyik.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.