30 mart 2015 20:00

Conatan Karuana: Bakıda erkən qol buraxmasaydıq, daha yaxşı oynayardıq

Malta millisinin futbolçusu Conatan Karuana Azərbaycan millisiylə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən oyundan sonra azərisport.az saytının suallarına cavab verib.

- Öncə Azərbaycan - Malta oyunu haqda fikirlərinizi bilmək maraqlı olardı?
- Hər şey aydın görünürdü. Hər iki komanda yaxşı oynadı. Bizim səhvlərimiz çox oldu. Ona görə də uduzduq. Azərbaycan millisi yaxşı futbolçulardan formalaşıb. Yaxşı oynadılar və qələbə qazandılar. Hərçənd ikinci hissədə yaratdığımız qol vəziyyətlərindən yararlansaydıq, matç tam başqa hesabla yekunlaşa bilərdi. Bizim məqsədimiz Bakıdan heç olmasa 1 xal aparmaq idi, təəssüf ki, istəyimizə çatmadıq.

- Deməli əsas məqsədiniz heç-heçə oynamaq idi?
- Biz yaxşı oyun sərgiləmək istəyirdik. Amma heç-heçə olsaydı belə, yaxşı nəticə hesab ediləcəkdi. Hər halda biz səfərdə oynayırdıq.

- Azərbaycan sizdən daha yaxşı oynadı, razısanmı?
- Qalib mühakimə olunmur. Erkən qol komandamıza pis təsir etdi. Əgər 4-cü dəqiqədə qol buraxmasaydıq, fərqli mübarizə, yəqin ki, fərqli nəticə olacaqdı.

- Azərbaycan millisinin oyunu haqda nə deyə bilərsən?
- Yaxşı mübarizə göstərdiniz. İlk qolu yaxşı hücumla yaratdınız. Həmin qolun ötürməsi və zərbəsi yaxşı alındı. Futbolçularınız orta xəttdə inamlı təsir bağışlayırdılar. Komandanızın oyunu xoşuma gəldi. İlk hissədə bir qədər aqressiv görsənirdi. Bununla belə layiqli qələbə idi. Biz yaxşı oyunumuzu göstərə bilmədik. Evdə oynamağınız sizə kömək oldu.

- Deməli, cavab matçında qələbə qazanmaq istəyəcəksiniz?
- Evdəki oyuna hələ çox vaxt var. Həmin oyunda müsbət nəticə bizim üçün vacib olacaq. O zaman daha yaxşı oynamalıyıq.

- Bir neçə gün əvvəl Gürcüstanla yoldaşlıq matçında iştirak etdiniz. Azərbaycanla Gürcüstanı müqayisə edə bilərsiniz?
- Yoldaşlıq oyunuyla rəsmi matç fərqlənir. Gürcüstan komandasında da yaxşı futbolçular var. Biz onlarla daha yaxşı oynadıq. Fikrimcə Gürcüstanla görüşümüzün yorğunluğunu çıxara bilmədiyimizə görə Bakıda uduzduq. Azərbaycanla Gürcüstan təxminən bərabər səviyyəli komandalardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.