30 mart 2015 17:05

Aqolli: Ermənilər üzərindəki qələbəni Qurban Qurbanovla xocalılara həsr edirəm

Albaniya yığmasının və "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi

- AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Ermənistan üzərində qazandığınız qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Bu, çox vacib oyun idi. Əsas rəqiblərimizdən biri ilə qarşılaşırdıq. Oyuna elə də yaxşı başlamadıq. Amma tədricən oyuna nəzarəti ələ keçirdik. İkinci hissədə isə əsl xarakter nümayiş etdirdik. Fikrimcə, qələbəni ürəyimizlə qazandıq.

- Ermənilər necə təsir bağışladılar?
- Ermənistan yığması çox təhlükəli rəqibdir. Xüsusilə də əks-hücumlarda. Amma biz bundan xəbərdar idik. Oyunlarını izləmişdik. Bizə doğrudan da çətin oldu. Artıq üçüncü dəqiqədə qol buraxmağımız işimizi daha da çətinləşdirmişdi. Buna baxmayaraq, biz sonadək qələbə qazanacağımıza inanırdıq. Əvvəldən axıradək oyuna nəzarət bizim əlimizdə idi. Bunu matçın statistikası da təsdiqləyir.

- Sizi Azərbaycandan təbrik edənlər oldu?
- Azərbaycanlılardan həddən artıq təbrik məktubları aldım. Onlara bu cür dəstəyə görə təşəkkürümü bildirirəm.

- Klubunuzdan buna görə mükafat almamısınız?
- Mən bu qələbəni ilk növbədə Qurban Qurbanova həsr etmək istərdim. Çünki o, məni "Qarabağ"da görmək istədi və artıq beş ildir ki, bu klubda çıxış edirəm. Elə təkcə onun sözləri ermənilərlə oyunda mənim üçün çox böyük motivasiya oldu. Mən bu sevincimi eyni zamanda Qarabağdan olan hər kəslə bölüşmək istərdim. Xüsusilə də xocalılarla. Ümid edirəm ki, bu qələbə onlara az da olsa, sevinc gətirdi. Bunu pulla ölçmək mümkün deyil. Beş il ərzində klub daha çox şey qazandırıb, nəinki pul. Amma yenə də mənə mükafat ayırsalar, imtina etmərəm (gülür).

- "Qarabağ"ın sizə qələbə müqabilində mükafat ayıracağı barədə Albaniyada dedikləriniz klubda necə qarşılandı?
- Normal və sakit. Albaniyada Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən yaxşı xəbərdardırlar. Mənim oynadığım klub barədə də demək olar ki, hər şeyi bilirlər.

- Komandanız qrup lideri Portuqaliyadan cəmi iki xal geri qalır. Gələcək perspektivi necə qiymətləndirə bilərsiniz?
- Hələ nəsə nəticə çıxarmaq üçün çox tezdir. Qarşıda daha çətin oyunlar olacaq. Əlbəttə, qələbə qazanmağımız gözəldir. Amma bu görüşü unudub, növbəti matçlara köklənməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.