30 mart 2015 15:00
"Neftçi"nin prezidenti istefa verdi
Bu gün “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov istefa verib. Azerisport.az xəbər verir ki, yaxın vaxtlarda istefanın səbəbləri haqda Sadıqovun özünün açıqlama verməsi gözlənilir.
Xatırladaq ki, Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb. (qol.az)
