30 mart 2015 11:30

Rüfət Dadaşov: Milliyə qayıtmağı çox istərdim, amma dəvət alıb-almayacağımı bilmirəm

Azərbaycan yığmasının və Almaniyanın "Saarbryukken" klubunun hücumçusu Rüfət Dadaşovun azerisport.az saytına müsahibəsi

- Berti Foqtsun dövründə yığmaya mütəmadi dəvət olunsanız da, Robert Prosineçki sizi Malta ilə seçmə mərhələ oyununa çağırmadı...
- Mənim zədəm var idi və bu üzdən üç ay oynamadım. Artıq komanda ilə məşqlərə başlamışam və hər şey qaydasındadır. Amma qısa müddət ərzində heç nə edə bilməzdim.

- Azərbaycan - Malta matçına baxmısınız?
- Mən bu oyunu gözləyirdim və baxmaq istəyirdim. Amma evimdə internetlə bağlı problem yarandı. Oyundan dərhal sonra icmala baxmaq şansım oldu. Vurduğumuz hər iki qolu gördüm.

- Komandamız icmalda necə təsir bağışladı?
- Komandamız normal görünürdü. Qollar da yaxşı alındı. Uşaqları bu qələbə münasibəti ilə təbrik edirəm.

- 2013-cü ildə keçirilən Bakıdakı Malta ilə yoxlama oyununda (3:0) siz iki qol vurmuşdunuz. Bu rəqibi rəsmi oyunda da məğlub edəcəyimizi gözləyirdiniz?
- İki il əvvəlki oyunun asan alındığını deməzdim. Statusundan asılı olmayaraq, heç bir oyun asan olmur. Amma bu dəfə də qalib gələcəyimizə şübhə etmirdim. Azərbaycan yığmasında kifayət qədər yaxşı futbolçular var. Onların sayəsində Malta kimi rəqiblərə qarşı oyunlarda qələbəyə ümid etmək olar. Hətta heç-heçə də gözləmirdim.

- Norveçlə oyuna dəvət alacağınıza inanırsınız?
- Hər keçən gün əvvəlki formama qayıtdığımı daha da hiss edirəm. Bundan sonra təkcə forma yığmaqla məşğul olmaqla kifayətlənməyib eyni zamanda özümü ikinci zədədən də qorumalıyam. Robert Prosineçkinin mənə dəvət göndərib göndərməyəcəyini bilmirəm. Mənə bu barədə danışmaq çətindir. Mənim üçün əsas forma toplamaqdır. Təbii ki, yığmaya qayıtmağı çox istərdim. Öz ölkənin milli komandasında oynamaq hər bir futbolçu üçün şərəf və fəxrdir.

- Yeni məşqçilər korpusu heç sizinlə maraqlanır?
- Bu barədə heç nə deyə bilmərəm. Siz ən yaxşı bunu onlardan soruşun.

- Mövsümün sonu yaxınlaşır. Azərbaycan klublarından təklif yoxdur?
- Mənə təkliflər var. Amma bunu Azərbaycana aid edə bilmərəm. Çünki oradan mənimlə heç kim maraqlanmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.