29 mart 2015 19:20

Ruslan Qurbanov: Yığma komandada yeni dönəm başlayır

Azərbaycan millisinin və Xorvatiyanın "Hayduk" klubunun futbolçusu Ruslan Qurbanov yığmamızın Malta üzərində qələbəsi, millidəki debütü barədə azərisport.az saytının suallarına cavab verib.

- Malta ilə oyun barədə fikirlərinizi eşitmək maraqlı olardı...
- Bu oyunda qələbə qazanmaq istəyirdik. Ardıcıl dörd matçda məğlubiyyətdən sonra qələbə çox vacib idi. Malta asan rəqib deyil. Bununla belə bu gün millimizin rəqibdən güclü olduğunu və layiqli qələbə qazandığını düşünürəm. Biz rəqibdən üstün oyun sərgilədik. Qələbə qazandığımıza görə çox sevinirəm.

- Bu oyunda debüt edəcəyini gözləyirdin?
- Əslində meydana çıxacağımı gözləmirdim. Baş məşqçi Robert Prosineçki oyundan əvvəl klubunda oynamayana şans verməyəcəyini demişdi. Prosineçkiylə tam razıyam. Sadəcə, klubdakı son oyunlarda oynamadığıma görə Maltayla start heyətdə olmadığımı təbii qarşıladım. Sonradan məni meydana buraxanda ümidləri doğrultmağa çalışdım. Sevinirəm ki, debüt etdiyim görüşdə qələbə qazandıq.

- İkinci hissədə Malta təhlükəli vəziyyətlər yarada bildi. Bu o deməkdir ki, futbolçular yorulmuşdu, çünki, rəqib hesabı bərabərləşdirməyə yaxın idi...
- Rəqib üstünlük qazanmadı. Sadəcə, biz daha çox topa sahib çıxmışdıq. Onlara topa nəzarət etməyə imkan vermirdik. Bəzi epizodlarda topu itirəndən sonra Malta dərhal hücuma keçirdi. Əlbəttə, bərabərlik qolunu vurmaq istəyirdilər. Bununla belə biz onlardan daha yaxşı oynadıq, hətta hesab daha böyük ola bilərdi.

- Azərbaycan güclü oynadı, yoxsa Malta çox zəif idi?
- Azərbaycan yığmasında yeni dönəm başlayır. Oyundan oyuna artırmaq lazımdır. Ardıcıl dörd oyundan sonra azarkeşlər bizdən inciyib. Hiss olunur ki, azarkeşlər həmin məğlubiyyətləri unutmayıb. Onları daşa düşmək olar. Bu gün çalışdıq azarkeşləri sevindirək. Növbəti oyuna daha yaxşı hazırlaşmalıyıq. Çünki, Norveç daha güclü rəqibdir.

- Meydanda özünü necə hiss edirdin?
- Millidə oynamaq böyük şərəfdir. Sözsüz çalışırdım komanda yoldaşlarıma kömək olum. Oyunuma qiyməti məşqçi verəcək. Çalışdım səhvlərim az olsun. Anlaşmada məncə, heç bir problem olmadı.

- Klubda işlərin necə gedir?
- "Hayduk"da özümü doğrultmağa çalışıram. Son oyunlarda o qədər çox oynamasam belə, həvəsdən düşmürəm. Baş məşqçi mənə şans verəcəyini deyib. Məşqlərdə səylə çalışıram və öz vaxtımı gözləyirəm.

- Yeni komandana artıq öyrəşmisən?
- Xorvatiya çempionatı çox maraqlıdır. Üstəlik komandamda güclü rəqabət var. "Hayduk"da oynamaq karyeram üçün çox vacibdir. Ümidləri doğruldacağıma inanıram. Heç bir problem yoxdur. Komanda yoldaşlarım mənə çox yaxşı münasibət bəsləyir. Başa düşürəm ki, "Hayduk"da Azərbaycanı yaxşı təmsil etməliyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.