29 mart 2015 16:15
Namiq Ələsgərov yarım illik sıradan çıxdı
Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərov ən azı altı aylıq sıradan çıxıb. Azerisport.az saytına açıqlamasında o, bunu futbolçunun özü bildirib.
"Malta ilə oyunda dizimdən ağır zədə aldım. Sabah məni əməliyyat gözləyir. Altı aydan tez meydana çıxa bilməyəcəyəm".
