29 mart 2015 13:00

Elxan Məmmədov: Milli üzvləri sonuncu dəfə ilyarım öncə mükafat almışdılar

AFFA-nın baş katibi Elxan Məmmədovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan yığmasının Malta ilə oyundakı çıxışı barədə nə deyə bilərsiniz?
- 2:0 hesablı qələbəyə baxmayaraq, kifayət qədər gərgin və çətin oyun alındı. Bu, Robert Prosineçkinin ilk rəsmi oyun idi. Bundan öncə yığmamız onun rəhbərliyi altında yalnız Ukraynanın "Şaxtyor" klubu ilə yoxlama görüşü keçirmişdi. Həmin vaxt da əsas heyətin 30 faizi düşərgədə deyildi. Bu dəfə isə fərqli üslubda oynayan yeni komanda gördük. Hiss olunurdu ki, komandamız qələbəni çox istəyir.

- Prosineçki futbolçulardan daha çox narahat idi. Niyə?
- Mən də onun oyunun əvvəlindən sonunadək ayaq üstə olduğunu gördüm. Bir dəfə də oturmadı. Məşqçi kimi həyacanlı idi. Səhv etmirəmsə, o, "Kayserispor"da çalışarkən də ehtiyat oyunçular skamyasında əyləşmirmiş. Əgər o, bu qədər həyacanlıdırsa, deməli, böyük istəyi var. Bu, normal haldır. Biz də həyacan keçiririk, amma məşqçilər on qat artıq həyacanlı olurlar. Bu komandanı Prosineçki hazırlaışdı və işinin bəhrəsini görməyi arzulayırdı. Nəzərə almaq lazımdır ki, bu, hələ ilk rəsmi oyunu idi. Xorvat da bu oyundan ancaq qələbə gözləyirdi.

- Yəqin ki, yığmamızı bu qələbəyə görə mükafat gözləyir...
- Bizim müəyyən bir sistemimiz var ki, ona uyğun da hərəkət edirik. Futbolçular AFFA-dan maaş almırlar. Onlar üçün yığmada oynamaq fəxrdir. Amma aydın məsələdir ki, maddi motivasiya olmalıdır. Buna görə də mükafat alırlar. Bu mükafatları da yalnız qələbə və heç-heçəyə görə veririk. Sonuncu dəfə milli üzvləri ilyarım öncə mükafat almışdılar.

- Eddi İsrafilovun çıxışından razı qaldınız?
- Eddi son dövrlər zədə səbəbindən "Qranada"da oynamır. Əgər o, belə bir klubda çıxış edirsə, niyə də milliyə dəvət etməyək? Malta ilə oyunda o, meydanda az oldu. Bu, Prosineçkinin qərarıdır. Fikrimcə, o, taktiki gediş etdi. Orta xətti gücləndirmək, top saxlamaq istəyirdi. Əsas komandamızın qələbəsi idi ki, buna da nail olduq.

- Azarkeşlərin oyuna marağı ilə bağlı nə deyə bilərsiniz?
- Nəzərə almaq lazımdır ki, hazırda bayram günləridir. Paytaxt sakinləri hələ yenicə Bakıya qayıtmağa başlayıblar. Amma hər şeyə rəğmən biz stadiona xeyli azarkeş gələcəyini gözləyirdik. Hardasa, 10-12 min azarkeş gəlmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.