29 mart 2015 11:45

Qəbələdə 9 qol

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını doğma şəhərində davam etdirən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, ötən gün əvəzedici heyətlə üz-üzə gələn əsas komanda 7:2 hesabı ilə qalib gəlib.

Roman Qriqorçuk bu qarşılaşmada aşağıdakı start heyətinə şans verib: Dmitri Bezotosnı, Rafael Santos, Pavol Farkaş, Rikardinyo, Ürfan Abbasov, Aleksey Qay, Mixail Sivakov, Rəşad Sadiqov, Ekiqo Ehisoun, Bəxtiyar Soltanov, Viktor Mendi. Matçın gedişində Adrian Ropotan Rafael Santosu əvəzləyib ki, bunadək dayaq yarımmüdafiəçisi kimi çıxış edən Sivakov müdafiənin mərkəzinə keçib. Bundan başqa, Tellur Mütəllimov Mendi, Ruslan Tağızadə Ehiosunun əvəzinə meydana daxil olub.

İlk yarıda Qay, Soltanov və Rikardinyo əvəzedicilərin qapısına yol tapıb. Fasilədən sonra əvvəl Sivakov, ardınca əvəzedicilər fərqlənib. Mendi, Rikardinyo və Sadiqovun qollarından sonra isə Luis Araqonun yetirmələri daha bir dəfə fərqlənməyə nail olub.
Xatırladaq ki, fasilədən sonra baş tutacaq XXVII turda istirahət edəcək “Qəbələ”nin əsas komandası XXVIII tur çərçivəsində aprelin 5-də Bakıda AZAL-la qarşılaşacaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.