29 mart 2015 11:00

“Qol imkanlarını dəyərləndirə bilmədik”

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsində keçirlmiş İngiltərə - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam açıqlama verib. Azerisport.az xəbər verir ki, millimizin çalışdırıcısı 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“İki real qol şansımız oldu, ancaq dəyərləndirə bilmədik. Rəqib isə yaratdığı imkanı qola çevirməyi bacardı. Bu da onların yüksək keyfiyyətə malik oyunçular olmasından irəli gəlir. Fikrimcə, ölkəmizi burada yaxşı təmsil edirik. Kollektiv olaraq düzgün seçim edib yaxşı futbolçuları yığmaya dəvət etmişik. Uşaqlar həm öyrənməyi bacarırlar, həm də bunu istəyirlər. Bu uşaqlarla işləmək mənə rahatdır. Çünki onlar bizi dinləyib tapşırıqlarımızı meydanda həyata keçirirlər. Məqsədimiz odur ki, qarşıdakı iki gündə bərpa prosesi keçib uşaqların hansı vəziyyətdə olduğunu müəyyənləşdirək. Zədəli futbolçularımız var, eyni zamanda iki sarı vərəqəsi olan İlyas Səfərzadə növbəti oyunda cəzalıdır. Əlbəttə, qrupu 3 xalla tamamlamaq istəyirik. Bunu daha çox uşaqlar istəyir. Onların bu istəkdə olmaları məni şad edir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.