29 mart 2015 01:35

İtaliya büdrədi, Xorvatiya qrup lideri oldu

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində H qrupunun daha iki oyunu keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın Maltanı qəbul etdiyi gündə rəqibləri də iş başında olub.

Belə ki, Xorvatiya Norveçi, Bolqarıstan isə İtaliyanı qəbul edib. Zaqrebdəki qarşılaşmada xorvatlar rəqibini darmadağınla məğlub ediblər. İtaliyalılar isə Sofiyada ciddi müqavimətlə üzləşiblər. Erkən qol vurmasına baxmayaraq, qısa zaman sonra məğlub duruma düşən İtaliya yığması yalnız görüşün sonlarında bərabərlik qolunu vura bilib. Beləcə, liderin xal itirməsindən maksimum yararlanan Xorvatiya zirvəyə yüksəlib.

Qeyd edək ki, Azərbaycan yığması da ötən gecə Malta üzərindəki 2:0 hesablı qələbə sayəsində "zirzəmi"dən çıxmağa nail olub.

AÇ-2016-nın seçmə mərhələsi
H qrupu

28 mart

Xorvatiya - Norveç - 5:1
Qollar: Brozoviç, 30 (1:0). Perişiç, 54 (2:0). Oliç, 66 (3:0). Tettey, 81 (3:1). Şildenfeld, 87 (4:1). Pranyiç, 90+4 (5:1).
Matçın 69-cu dəqiqəsində qonaqların üzvü Elyunusi penaltidən yararlana bilməyib.
Qırmızı vərəqə: Çorluka, 74 (Xorvatiya).
Zaqreb. "Maksimir" stadionu. Hakim - Karlos Karbalyo (İspaniya).

Bolqarıstan - İtaliya - 2:2
Qollar: Minev, 4-öz qapısına (0:1), Popov, 11 (1:1), Miçanski, 17 (2:1). Eder, 84 (2:2).
Sofiya. Milli stadion. Hakim - Damir Skomina (Sloveniya).
 

1Xorvatiya5410152+1313
 2İtaliya532084+411
3Norveç530278–19
 4Bolqarıstan512267–15
5Azərbaycan5104411–73
6Malta501419–81

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.