27 mart 2015 20:35
Robert Prosineçki: Yaxşı oynayıb, qələbə qazanacağımıza inanıram
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bunları söyləyib:
"Komanda artıq beş gündür ki, bir yerdədir. Malta ilə oyuna hazırlıqdan razıyam. Artıq hazırıq və böyük istəklə oyun saatını gözləyirik. Məşqlərdə etdiklərimizi oyunda da göstərə bilsək, qələbə qazanacağıq. Komandaya inanıram. Yaxşı oyun sərgiləyəcəyimizə, uğurlu nəticə qazanacağımıza inanıram".
