27 mart 2015 20:30

Əsgər Abdullayev: Milli azarkeşləri küskün olsa da, dəstəklərini əsirgəməməlidirlər

Azərbaycan yığmasının sabiq baş məşqçisi Əsgər Abdullayevin azerisport.az saytına müsahibəsi

- Millimizin Malta ilə seçmə mərhələ oyunundakı şanslarını necə qiymətləndirirsiniz?
- Bu bayram günlərində hamımız yığmadan qələbə gözləyirik. Baş məşqçi də komanda üzvlərinə güvənir və qələbə gözləyir. Bu, böyük üstünlükdür. Futbolçular özlərinə inanmalı və qələbə üçün əllərindən gələni etməlidirlər.

- Rəqib barədə nə deyə bilərsiniz?
- Malta yığmamız səviyyəsində komandadır. Amma istənilən halda rəqiblə hesablaşmaq lazımdır. Onlara yuxarıdan aşağı baxmaq olmaz. Hər şeyi düzgün analiz etmək və düzgün qərarlar qəbul etmək lazımdır. Rəqibin bütün güclü və zəif cəhətlərini bilməliyik. Bütün bunlar nəzərə alınsa, qələbə bizim olacaq. Yığmamızda bir-iki futbolçuda ruh düşkünlüyü olan kimi, bu, bütöv komandaya təsir edir. Amma hər bir futbolçunun özünə inanması vacibdir.

- Robert Prosineçkinin futbolçulara Maltanın Gürcüstanla yoxlama oyununa baxmağa icazə verməməsi düzgün qərardır?
- Mümkündür ki, o, Maltanın Tiflisdə ən yaxşı oyununu sərgiləməyəcəyini düşünüb və futbolçuların arxayınlaşmaması üçün belə addım atıb. Amma istənilən halda rəqibin bu oyununun da ən yaxşı şəkildə analiz edilməsinə ehtiyac var. Əgər baş məşqçi belə addım atıbsa, deməli, bu, onun taktikasıdır. Çünki komandanın oyuna köklənməsindən çox şey asılıdır.

- Xorvat mütəxəssis futbolçularla oturub söhbətləşməyi, ünsiyyətdə olmağı çox xoşlayır. Sizcə, bu, oyunçulara müsbət təsir edən məqamdır, ya onlarda arxayınlığa səbəb ola bilər?
- Futbolçularla ünsiyyət qurmaq, onlara inanmaq qətiyyən arxayınlığa səbəb olmamalıdır. Futbolçular özləri də bunu başa düşməlidirlər. Əksinə, baş məşqçinin oyunçulara yuxarıdan aşağı baxması daha pis nəticələrə səbəb olur.

- Sizcə, Malta üzərində qələbə qazanmaq üçün nə lazımdır?
- İlk növbədə rəqibi düzgün qiymətləndirmək lazımdır. Onların güclü və zəif cəhətlərini tam araşdırıb, bundan yararlanmalıyıq. Əgər asan qələbə qazanacağımızı düşünsək, bu, bizim üçün pis nəticələnə bilər.

- "Neftçi"nin futbolçularının yığmaya dəvət almaması barədə nə deyə bilərsiniz?
- Gəlin bunu müzakirə etməyək. Prosineçkinin bu qərarının düzgün olub-olmadığını zaman göstərəcək. Yəqin ki, o da yığmamızdakı ilk oyunundan qələbə ilə ayrılmaq istəyir. Ona görə də öz seçimini edib. Bu, onun şəxsi qərarı olduğuna görə, bizim nəsə deməyimiz düzgün deyil.

- Komandamızın cari seçmə mərhələdəki ardıcıl məğlubiyyətləri azarkeşləri küsdürüb. Sizcə, qarşıdakı oyun vəziyyəti dəyişəcək?
- Əsl azarkeş komandanın həm çətin, həm də yaxşı günündə onun yanında olanlardır. Onlar millidən incik olsalar da, komandaya dəstəklərini nümayiş etdirməlidirlər. İstənilən halda bu, Azərbaycanın komandasıdır.

- Sizə hansısa klubdan təklif yoxdur?
- Sakitlikdir. Danışıqlar çoxdur, amma konkret təkliflər yoxdur. Gözləyirəm. Hər şeyin yaxşı olacağına ümidliyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.