27 mart 2015 16:30

Elxan Abdullayev: Malta ilə oyunda bizə mütləq erkən qol lazımdır

Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi

- Maltanın Gürcüstanla yoxlama oyununu izləmək üçün Tiflisə getmişdiniz. Növbəti rəqibimiz barədə nə deyə bilərsiniz?
- Malta xoşuma gəldi. Onlar yaxşı müdafiə olunmağı bacarırlar. Onların bunu bacardığı dərhal hiss olunur. Bu da təəccüblü deyil. Çünki baş məşqçiləri italiyalıdır. Oyunu müdafiədən qurub, əks-hücumlara bel bağlayırlar. Tiflisdə onlar hər iki hissədə müdafiə olundular. Gürcülər yalnız matçın son dəqiqələrində rəqib müdafiəsini yarmağı bacardı. Halbuki, hesab açılana qədər maltalıların çox yaxşı şansları oldu. Bu baxımdan təhlükəlidirlər. Malta qol vurmaq çətindir. Məsələn, italiyalılar da bu komanda ilə görüşdə çətinliklə üzləşmişdilər.

- Azərbaycan yığması da Gürcüstan kimi, Maltanı məğlub edə biləcək?
- Əgər gürcülər bacardısa, biz niyə etməyək? Buna borcluyuq. Fikrimcə, bizdə hər şey alınacaq.

- Yəqin ki, maltalılar sizin stadionda olduğunuzdan xəbərdar idi və buna görə nəyisə gizləməyə çalışırdılar...
- Onların nəyi və nə dərəcədə gizli saxladığını deyə bilmərəm. Amma Bolqarıstana qarşı oyunla müqayisədə gürcülərlə görüşdə altı futbolçunu oynatmadılar.

- Maltanın Azərbaycanla bərabər səviyyəli komanda olduğunu demək olar?
- Onların futbolçuları İtaliyada, Hollandiyada, Rusiyada və Ukraynada oynayır. Yeni komanda yaradıblar. Potensial baxımından maltalılar güclüdür. Amma mən bu iki komanda arasında müqayisə aparmaq istəməzdim.

- Sabah Maltadan Tiflisdəkinə oxşar oyun gözləyək?
- Demək çətindir. Gürcülər erkən qol vursaydı, Maltanın necə oynayacağı maraqlı idi. Amma belə onlar 83-cü dəqiqəyə qədər hesabı qorumaqla məşğul oldular.

- Erkən qol çox vacibdir?
- Arzuolunandır. Çünki bu, qarşıya qoyulan vəzifəyə çatmağı asanlaşdırır. Belə olan halda rəqib açılır, bizim də hücumlar təşkil etmək şansımız çoxalır. Əks halda müdafiə olunan komanda ilə görüşdə hesabı açmaq daha da çətinləşə bilər.

- Komandamızda atmosfer necədir?
- Əla atmosfer var. Uşaqlar yaxşı motivasiyaya malikdirlər. Qələbə qazanıb, özlərini göstərmək istəyirlər.

- Eddi İsrafilov zədə səbəbindən uzun müddət idi oynamırdı. Onun meydana çıxmaq şansı nə dərəcədə yüksəkdir?
- Bu sual artıq baş məşqçiyə verilməlidir. Bizdə hər kəs hazırdır. Hamı yaxşı məşq edir. Amma Prosineçkinin kimə ilk dəqiqələrdən şans verəcəyi sabah bilinəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.