27 mart 2015 15:10

Pyetro Qedin: Azərbaycan yığmasında baş verənlər bizə maraqlı deyil

Malta yığmasının baş məşqçisi Pyetro Qedin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, sabah baş tutacaq oyun ərəfəsində təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Azərbaycanla oyuna yaxşı hazırlaşmışıq. Bura yaxşı nəticə ümidi ilə gəlmişik. Baxmayaraq ki, Tiflisdə keçirilən yoxlama oyununda Gürcüstana məğlub olduq.

- Komandanızda vəziyyət nə yerdədir?
- Əsas olan komandanın sabahkı oyunda özünü necə göstərməsidir. Əminəm ki, futbolçularımız bu görüşün əhəmiyyətini tam anlayırlar və sabah lazım olan səviyyədə çıxış edəcəklər.

- Azərbaycan bu oyuna seçmə mərhələdə dönüş yaratmaq gözü ilə baxır...
- Bu, bizə maraqlı deyil. Bizim öz hədəflərimiz var. Biz Bakıda Azərbaycana bir dəfə uduzmuşuq. Bizə komandanızda baş verən dəyişikliklər, indiki baş məşqçinin kim olması o qədər də önəmli deyil.

- Gürcüstanla oyundan sonra yorğunluq var?
- Əgər futbolçu 3-4 gündən bir oynamaqla özünü yorğun hiss edirsə, onun özünə başqa sənət tapması daha yaxşı olar. Uşaqlar tam olaraq qarşıdakı görüşə köklənməlidirlər. Fiziki cəhətdən tam hazır olmaq əsas məqsədimizdir. Çünki Gürcüstana səfərimiz çox yorucu oldu. Ümid edirəm ki, futbolçularımız Azərbaycannla oyuna daha yaxşı vəziyyətdə çıxacaqlar.

- Komandanız sabah nəyə ümid edəcək?
- Hər şeyi sabah meydanda öz gözlərinizlə görəcəksiniz. Bizim üçün hər bir oyun vacibdir. Ümid edirəm ki, ən azından uduzmayacağıq. Heç-heçə də bizim üçün yaxşı nəticə olardı. Amma bütün kartlarımızı açmaq fikrim yoxdur.

- Mümkün məğlubiyyət sizin üçün faciə olmayacaq?
- Biz qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Mən deməzdim ki, qələbə bizə Azərbaycandan az lazımdır.

- Azərbaycan yığması barədə nə bilirsiniz?
- Güclü komandanız var. Amma çox həyacanlı görünürsünüz. Niyə? Mənə də söyləyin. Sizdə hər şey yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.