26 mart 2015 11:30
Azərbaycan Latsioya titul sponsorluğu edə bilər
İtaliyanın "Latsio" klubunun formasında Azərbaycanla bağlı reklam peyda olub. Azerisport.az xəbər verir ki, bu barədə ünlü "Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Bir neçə il öncə Azərbaycan "Latsio" ilə sponsorluq müqaviləsi bağlamağa çox yaxın idi. Madrid "Atletiko"sundan öncə azərbaycanlılar məhz romalılarla danışıq aparmışdılar. Hansı ki, İspaniya klubu hələ də "Azerbaijan. Land of Fire" reklamından yararlanır. Analoji razılıq "Latsio" ilə də əldə oluna bilər. Komandanın əla mövsüm keçirməsi dünyanın əksər beynəlxalq brendlərinin diqqətini çəkməkdədir".
