26 mart 2015 00:05

Qəbələ Qalatasarayla qarşılaşacaq

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandasının iştirak edəcəyi “VI Manavqat” turnirində qrupların tərkibi və oyunların təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq turnirdə 22 komanda mübarizə aparacaq.

Martın 30-da start götürüb, aprelin 3-dək davam edəcək yarışda qonşu ölkənin “Qalatasaray”, “Beşiktaş” “Bursaspor”, İngiltərənin “Çelsi” kimi tanınmış klubları iştirak edəcək. Püşkə əsasən komandalar 4 qrupa bölünüb. “Qəbələ” 6 komandanın yer aldığı D qrupunda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” yerli “Qalatasaray”, “Seyrantepespor” və “Özerspor” həmçinin Almaniyanın “Berlin Türkiyemspor”, Danimarkanın “Nordsyelland” klubları ilə mübarizə aparacaq.

“Qəbələ” martın 30-da ilk matçını almaniyalılara qarşı keçirəcək. Bu matç Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. 13:30-da “Qalatasaray”la üz-üzə gələcək futbolçularımız qrupdakı növbəti 2 oyununa ertəsi gün çıxacaq. Saat 17:45-də “Seyrantepespor”, 19:15-də “Özərspor” u sınağa çəkəcək “Qəbələ” aprelin 1-də baş tutacaq son turda danimarkalılarla üz-üzə gələcək. Bu oyunun start fiti saat 13:30-da veriləcək.

Hər qrupun iki ən yaxşısı 1-8-ci, 3-4-cü yer sahibləri isə 9-16-cı, 5-ci yeri tutanlar isə 17-20-ci yerlər uğrunda mübarizə aparacaq. Aprelin 2-də ilk iki “səkkizlik”də mübarizə aparanlar 2, “dördlük”dəkilər 1 matçda qüvvəsini sınayacaq. Turnirin son günündə isə həlledici qarşılaşmalar baş tutacaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.