25 mart 2015 20:00

Mahir Şükürov: Maltaya ciddi yanaşmasaq, xal itirə bilərik

Azərbaycan yığmasının və Türkiyənin "Karşıyaka" klubunun müdafiəçisi Mahir Şükürov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:

- Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edirəm. Artıq bir neçə gündür məşq edirik. Komandada atmosfer yaxşıdır. Başa düşürük ki, bizi asan oyun gözləmir. Bütün gücümüzlə məşq edirik. Yeni baş məşqçidən daha çox şey öyrənməyə çalışırıq. Əsas öz meydanımızda qələbə qazanmaqdır. Sonra digər oyunlar barədə düşünərik.

- Malta ilə oyundan nə gözləyirsiniz?
- Maltanı evdə məğlub etməliyik. Futbolda sürprizlər də olur. Əgər rəqibə ciddi yanaşmasaq, xal itirə bilərik. Öz futbolumuzu oynasaq, qələbə qazanacağıq.

- Azarkeşlər də ancaq qələbə gözləyirlər...
- Bunu biz də başa düşürük, bilirik. Biz də azarkeşləri tribunalara qaytarmaq istəyirik. Yəqin ki, bizdən küsüblər.

- Malta yığması barədə nə bilirsiniz?
- Biz onları ötən il məğlub etmişdik. Tezliklə Gürcüstana qarşı keçirəcəkləri yoxlama matçına da baxacağıq. Bizə bu rəqib barədə ətraflı məlumat verəcəklər.

- Prosineçki Berti Foqtsdan nə ilə fərqlənir?
- Foqts müdafiə olunmağı xoşlayırdı, Prosineçki isə əksinə. Yeni baş məşqçinin nə istədiyini tam olaraq oyun göstərəcək. Amma məşqlərdən də görünür ki, o, hücum futbolu sərgiləməyimizi istəyir.

- Siz özünüz oyuna hazırsınız?
- Bəli. Bir az ağrılarım var idi. Amma indi tam qaydasındayam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.