25 mart 2015 19:00

Dmitri Nazarov: Qələbə bizim olacaq

Azərbaycan yığmasının və Almaniyanın "Karlsrue" klubunun hücumçusu Dmitri Nazarovun azerisport.az saytına müsahibəsi

- Malta ilə oyuna hazırlıq necə gedir?
- İlk növbədə qeyd etmək istərdim ki, mən yığmaya hamıdan gec qoşulmuşam. Çünki "Karlsrue"də oyunum var idi. Komandada yaxşı atmosfer var. Komandanın hər bir üzvü məşqlərdə maksimum güc qoyur. Uşaqlarda istək çox yüksəkdir. Bizi vacib oyun gözləyir. Yığmanın heyətində keçirdiyim oyunlarda qələbəyə sevinə bilməmişəm. Amma oyuna köklənmə yüksək səviyyədə olsa, qələbə bizim olacaq.

- Rəqib barədə nə deyə bilərsiniz?
- Ötən gün Robert Prosineçki onlar haqda bizə bir qədər danışdı. Xüsusilə də son dörd oyunda hansı heyətlə oynadıqlarını dedi. Amma düzünü desəm, onların bizə qarşı hansı heyətlə oynayacağı, hansı taktiki sxemdən yararlanacaqları mənə maraqlı deyil. Öz oyunumuzu sərgiləməyimiz daha vacibdir. Üç xalı Azərbaycanda saxlamaqla bütün ölkəni sevindirmək istəyirik.

- Prosineçki Berti Foqtsun dəvət göndərdiyi bütün futbolçuları milliyə çağırmayıb. Siz də dəvət almayacağınızı düşünmürdünüz?
- Belə bir qorxum yox idi. Çünki klubumda da əlimdən gələni edirəm. Prosineçki isə bu dəvəti ilə mənə güvəndiyini göstərdi. İndi mənə bu etimadı doğrultmaq qalır.

- Bəs siz öncə Prosineçki barədə nə bilirdiniz?
- O, böyük futbolçu idi. Vaxtilə elə mənim mövqeyimdə oynayıb. Onun oynadığı dövrdə mən uşaq idim. Amma haqqında eşitmişdim.

- Emil Balayevin Almaniya "Ayntraxt"ında möhkəmlənmək şanslarını necə qiymətləndirirsiniz?
- Mənim onuna elə bir əlaqəm yoxdur. Amma biz bir dəfə mini turnir zamanı qarşılaşmışdıq. Yaxşı qapıçıdır. "Ayntraxt"ın əsas qapıçısı Kevin Trappı yaxşı tanıyıram. Onunla eyni komandada oynamışıq. Güclü qapıçıdır. Balayevə asan olmayacaq. Amma onun Bundesliqada oynamaq şansı var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.