25 mart 2015 15:00

Pyetro Qedin: Malta üçün həm Gürcüstanla, həm də Azərbaycanla oyun vacibdir

Malta yığmasının baş məşqçisi Pyetro Qedin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verri ki, o, öncə bunları söyləyib:

"Bizim üçün bütün oyunlar vacibdir. İndi bütün diqqətimiz Gürcüstanla yoxlama oyununa yönəlib. Bizə addım-addım irəliləmək lazımdır".

Qedinin komandasını hansı heyətlə oynadacağı hələlik bəlli deyil. Amma onun Roderik Briffa, Pol Fenex və Rayan Fenexin xidmətindən yararlanmayacağı bildirilir. Buna səbəb onların formada olmamasıdır: "Onların kiçik zədəsi var. Amma sağalmalarında sürətli irəliləmə olduğundan meydana çıxacaqlarına azacıq da olsa, ümid var".

Qedin təxminən bir ay öncə Nigeriya vətəndaşlığını Maltaya dəyişən Alfred Effionqla da bağlı fikirlərini bölüşüb: "Effionq yığmada yenidir. Buna görə ona vaxt lazımdır ki, komandaya tam alışsın. Onun oynayacağına tam əmin deyiləm".

"Komandada çoxlu yeni futbolçunun olmasına gəlincə, bu, gənclərlə bağlı aparılan işin düzgünlüyündən xəbər verir".

Qeyd edək ki, Malta yığmasını bu gün Tiflisdə Gürcüstanla yoxlama oyunu gözləyir. Martın 28-də isə maltalılar milli komandamızın qonağı olacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.