24 mart 2015 16:40
Millimizin oyununda italiyalı və norveçli casus
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Malta oyununu millimizlə eyni qrupda mübarizə aparan İtaliya və Norveç yığmalarının nümayəndələri də izləyəcək. Azerisport.az xəbər verir ki, bu məqsədlə müvafiq olaraq, Françeska Rokka və Rudi Petter Bakıya təşrif buyuracaq.
