24 mart 2015 13:40
Robert Prosineçki: Hədəf AÇ-2020-yə vəsiqə qazanmaqdır
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bunları söyləyib:
"Yaxşı oyunçularımız var. Bir neçə il sonra Azərbaycan indikindən daha yüksək səviyyədə olacaq. Malta ilə oyunun yığmanın gələcək inkişafında bir təkan olacağını gözləyirik. Azərbaycanlı futbolçuların problemi istedad çatışmazlığı yox, mentalitetdədir. Biz əls futbol nümayiş etdirməyə çalışacağıq. Yığmanın qarşısında duran vəzifə AÇ-2020-yə vəsiqə qazanmaqdır".
