24 mart 2015 13:00
AFFA rəhbərliyi UEFA-nın Konqresində iştirak edəcək
Bu gün Avstriyanın paytaxtı Vyanada UEFA-nın XXXIX növbəti Konqresi keçiriləcək. Azerisport.az xəbər verir ki, konqresin gündəliyindəki əsas məsələlər UEFA prezidenti vəzifəsinə, həmçinin UEFA-nın və FIFA-nın İcraiyyə Komitəsinin üzvü vəzifələrinə seçkilərdir.
AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov Konqresdə iştirak edəcək.
