24 mart 2015 00:35
Rasim Ramaldanov: Ola bilər ki, Prosineçinin oyun sxeminə uyğun deyiləm
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta qarşı keçiriləcək oyun üçün milli komandaya dəvət almamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bəli, məni dəvət almamışam. Amma burada faciəvi heç nə yoxdur. Buna görə ruhdan düşmək fikrim yoxdur. Öz üzərimdə çalışıb, yenidən yığmaya qayıtmaq istəyirəm. Ola bilər ki, mən Robert Prosineçkinin oyun sxeminə uyğun gəlmirəm və ona görə çağırmayıb".
