24 mart 2015 00:25
Cəmşid Məhərrəmov oynadı, komandası uduzdu
Türkiyə PTT 1-ci liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Altınordu" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Cəmşid sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Adanaspor" hazırda 28 xalla 14-cü pillədə qərarlaşıb.
