24 mart 2015 00:05

Vəli Qasımov: Azərbaycan Maltaya da qalib gəlməyəcəksə, kimdən 3 xal alacaq?

Azərbaycan yığmasının sabiq hücumçusu Vəli Qasımovun azerisport.az saytına müsahibəsi

- PRO kateqoriyasını almağınız barədə nə deyə bilərsiniz?
- Ötən il bütün dərslərdə iştirak etdim. Hər şey yüksək səviyyədə alındı. A kateqoriyasına da Ukraynada yiyələnmişdim. Türkiyədə isə təcrübə keçdik. Çox şey öyrəndim.

- Bəs niyə PRO kateqoriyasına vətəndə yiyənləmədiniz?
- Bakıda cəmi iki ildir ki, belə kurslar təşkil olunur və burada səviyyə hələ istənilən kimi deyil. Heç kim üçün sirr deyil ki, Ukraynada futbolun səviyyəsi bizdəkindən daha yaxşıdır. Mən də yüksək səviyyədə təhsil almağa çalışdım.

- İştirakçısı olduğunuz kurslara Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko da qatılırdı. Onunla münasibətləriniz nə səviyyədə idi?
- Rəhbərlik bildirdi ki, bizim qrup ən güclülərdəndir. O da hər birimiz kimi bütün kurslarda iştirak etdi. Hər şeyi birgə etdik. Mütəmadi olaraq futbol oyunlarını müzakirə edirdik. Hamı buna peşəkarcasına yanaşırdı.

- Artıq PRO kateqoriyalı məşqçisiniz. Bundan sonra?
- Elə etmək lazımdır ki, bu lisenziya boşa getməsin. İş tapmaq lazımdır. Variantlar var, amma seçim etmək lazımdır.

- Yığma komandamızın Malta ilə oyunundan nə gözləyirsiniz?
- Mənim Robert Prosineçkiyə böyük ümidim var. Onun barəsində ancaq xoş sözlər eşidirəm. Ümid edirəm ki, o, yaxşı komanda yarada biləcək. Ona uğurlar arzulayıram. Hesab edirəm ki, indiki məqamda yığmamıza nəticədən daha çox yaxşı oyun sərgiləmək daha vacibdir.

- İstənilən halda Maltaya qalib gəlməyimiz lazımdır...
- Əgər onları da məğlub edə bilməyəcəyiksə, onda kimdən 3 xal alacağıq?

- Bəlkə də ilk dəfədir ki, "Neftçi"nin heç bir üzvü yığma komandaya çağırılmayıb. Siz bunu necə qarşıladınız?
- Buna təəccüblənmədim. Prosineçki öz seçimini edib. Mümkündür ki, Bakı klubunun oyunçuları onun gözündə lazım olan səviyyədə deyil. Buna normal yanaşıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.