24 mart 2015 00:00
Neftçi Qaradağ Lökbatana qalib gələ bilmədi
“Neftçi” hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüş 1:1 hesabı ilə nəticələnib. “Neftçi”dən Nikolas Kanales, “Qaradağ Lökbatan”dan isə İlham Allahverdiyev fərqlənib. (klub saytı)









