23 mart 2015 13:00
Amit Quluzadə Atletikonun necə uduzduğunu kənardan izlədi
Portuqaliya ikinci liqasında 36-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Sportinq B" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Amit sonadək matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Atletiko" hazırda 32 xalla 23-cü pillədə qərarlaşıb.
