22 mart 2015 19:30
Nazarov oynadı, komandası xal itirdi
Almaniya ikinci Bundesliqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Kayzerslautern"lə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb. Nazarov matçın 41-ci dəqiqəsində meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, Nazarovun komandası hazırda 44 xalla 4-cü pillədə qərarlaşıb.
