22 mart 2015 19:00
Millimizin futbolçusu oynamadı, komandası qalib gəldi
Türkiyə PTT 1-ci liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Orduspor"la qarşılaşıb. Matç qazianteplilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Budağın adı matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 32 xalla 11-ci pillədə qərarlaşıb.
