22 mart 2015 17:30
Kamran Ağayev oynadı, Rail Məlikov yox
Türkiyə PTT 1-ci liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Rail Məlikovun klubu - "Dənizlispor"la qarşılaşıb. Matç Kamranın komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Railin adı matçın iştirak ərizəsində yer almayıb. Start heyətdə meydana çıxan Kamran isə sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kayserispor" hazırda 53 xalla 1-ci, "Dənizlispor" isə 21 xalla 17-ci pillədə qərarlaşıb.
