22 mart 2015 17:00
Subaşiçin qolu komandasını məğlubiyyətdən xilas etmədi
Türkiyə PTT 1-ci liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Şanlıurfaspor"la qarşılaşıb. Matç Subaşiçin klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Branimir 67-ci dəqiqədə əvəzlənib. Matçda hesabı da məhz 20-ci dəqiqədə vurduğu qolla Subaşiç açıb. Amma qalan dəqiqələrdə buraxılan iki qol manisalıların məğlubiyyətinə gətirib çıxarıb.
Qeyd edək ki, "Manisaspor" hazırda 23 xalla 16-cı pillədə qərarlaşıb.
