22 mart 2015 15:00

Draqan Çeran: Simurqdan ayrılmaq? Ancaq Arsenala gedərəm

"Simurq"un serbiyalı hücumçusu Draqan Çeranın azerisport.az saytına müsahibəsi

- "Simurq"un "Bakı" üzərində qazandığı 3:0 hesablı qələbə nə dərəcədə asanlıqla başa gəldi?
- Biz hesabı açdıqdan sonra oyun daha da gərgin keçdi. Rəqibə qol vurmamağa çalışırdıq. Fikrimcə, layiqli qələbə qazandıq.

- Siz öz qolunuzu qeyd etmədiniz...
- Mən normal qol vurmuşdum. Əsas klubumun qələbəsidir.

- Hazırda "Simurq" beşinci pillədə qərarlaşıb. Komandanız üçün avrokuboklara çempionatdan vəsiqə qazanması daha realdır, ya kubokdan?
- Hər iki yol normaldır. Ona görə də sonadək mübarizə aparacağıq. Bunu həm kuboka, həm də çempionata aid etmək olar.

- Qarşıda sizi avrokuboklara vəsiqə qazanmağa çalışan AZAL-la oyun gözləyir...
- Çətin oyun gözləyirəm. AZAL çox çətin rəqibdir. Amma biz ancaq qələbəyə oynayacağıq.

- Kubokun yarımfinalında sizi "Qarabağ"la oyun gözləyir. Finala çıxmaq şanslarınızı necə qiymətləndirə bilərsiniz?
- Biz finala çıxmaq üçün əlimizdən gələni edəcəyik. Futbolda hər şey ola bilər.

- Təsadüfən "Simurq"da maliyyə problemi yoxdur?
- Hələ ki, yox.

- Mövsüm başa çatandan sonra "Simurq"da qalacaqsınız, ya başqa kluba keçməyi düşünürsünüz?
- "Arsenal"a keçəcəyəm (gülür)...

- Sarandi "Arsenal"ına (Argentina), ya Tula "Arsenal"ına (Rusiya)?
- Yox, London klubuna (gülür). Arsen Venger mənə zəng etmişdi, Jiru və Özillə birgə oynamağımı istəyir. Əlbəttə, zarafat edirəm. "Simurq"da qalacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.