22 mart 2015 13:15
Qranada Eddi İsrafilovsuz xal itirdi
İspaniya La Liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Eybar"la qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb. Eddinin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, hazırda İsrafilovun komandası 23 xalla 19-cu pillədə qərarlaşıb.
