22 mart 2015 00:20
İmamverdiyevsiz Elazığspor məğlub oldu
Türkiyə PTT 1-ci Liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası - "Elazığspor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Adana Dəmirspor"un qonağı olub. Matç futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. İmamverdiyevin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Hazırda "Elazığspor" 28 xalla 12-ci sırada qərarlaşıb.
