22 mart 2015 00:10
Emil Balayev yenə oynamadı, komandası uduzdu
Almaniya Bundesliqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı qapıçı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt klubu səfərdə "Ştutqart"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı yenə matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Ayntraxt" hazırda 34 xalla 8-ci pillədə qərarlaşıb.
