21 mart 2015 23:30
Kosenko: Azərbaycanı layiqli olaraq məğlub etdik
Futzal üzrə Ukrayna yığmasının baş məşqçisi Aleksandr Kosenko AÇ-2016-nın əsas seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:2 hesablı qələbələri ilə bağlı bunları söyləyib:
"Çətin oyun alındı. Rəqib doğma divarlar arasında oynadığından, üstünlüyə malik idi. Bilirdik ki, heç-heçə bizi qane etmir. Bu, bizim üçün əlavə stimul oldu. Fikrimcə, layiqli qələbə qazandıq".
