21 mart 2015 19:00
Vaqif Cavadovsuz Boluspor qol vura bilmədi
Türkiyə PTT 1-ci liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Girəsunspor"la qarşılaşıb. Matç qolsuz başa çatıb. Cavadov matçın sonunadək ehtiyat oyunçular skamyasında əyləşib.
Qeyd edək ki, "Boluspor" hazırda 32 xalla 10-cu pillədə qərarlaşıb.
