21 mart 2015 20:00
İvaylo Petev: Azərbaycanla oyun məni İtaliya görüşdən daha çox narahat edir
Bolqarıstan yığma komandasının baş məşqçisi İvaylo Petev bəyan edib ki, onu hazırda AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Norveçə qarşı keçirəcəkləri oyunlar İtaliya ilə görüşlə müqayisədə daha çox narahat edir. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib.
"Aydın məsələdir ki, italıyalıların böyük üstünlüyü var. Biz bunu gözəl başa düşürük. Belə komandalara qarşı əlavə motivasiyaya ehtiyac da olmur. Mən güclü komandalara qarşı oyunda daha arxayın oluram, nəinki Azərbaycan və Norveç kimi komandalarla görüşlərdə".
