21 mart 2015 13:30
Aslan Kərimov yığmadakı postundan uzaqlaşdırıldı
Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Aslan Kərimov postundan uzaqlaşdırılıb. AFFA-dan azerisport.az saytına verilən məlumata görə, hazırda bu postu heç kim tutmur.
AFFA rəhbərliyi yaxın zamanda U-15-in yeni baş məşqçisinin kimliyinə aydınlıq gətirəcək.
