21 mart 2015 11:15
Millimiz Ayntraxt üzərində qələbə qazandı
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan Azərbaycan yığma komandası ikinci yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız "Ayntraxt" (Frankfurt) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Budaq Nəsirovun vurduğu qol yığmamıza 1:0 hesablı qələbə qazandırıb.
